"Bavariya" Bundesliqada bir mövsümdə vurulan qollar üzrə rekordu yeniləyib.
Newsport.az xəbər verir ki, Vinsent Kompaninin komandası 29-cu turda "Sankt-Pauli" üzərində 5:0 hesablı qələbə qazanaraq 101-ci, 102-ci, 103-cü, 104-cü və 105-ci qollarını vurub.
Beləliklə, Münhen klubu özünə məxsus olan əvvəlki rekordu geridə qoyub. Həmin rekord 1971/72 mövsümündən qalırdı və o zaman “Bavariya” 101 qol vurmuşdu.