Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, doğma meydanda "Gənclərbirliyi"ni qəbul edən "Fənərbaxça" 3:1 hesabı ilə qalib gələrək çempionatdakı məğlubiyyətsizlik seriyasını davam etdirib.
Qeyd edək ki, lider "Qalatasaray"dan 3 xal geridə olan "Fənərbaxça" 2-ci sırada, "Gənclərbirliyi" isə 22 xalla 11-ci pillədə qərarlaşıb.