Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi start götürüb.
Newsport.az xəbər verir ki, bununla ilk 1/4 finalçıların adları məlum olub. Sudan yığmasını məğlub edən (3:1) Seneqal və penaltilər seriyasında Tunis futbolçularından üstün (3:2) olan Mali milli komandası adını növbəti raunda yazdırıb.
Bu gün daha iki kollektiv Mərakeş - Tanzaniya və Cənubi Afrika Respublikası - Kamerun qarşılaşmalarından sonra 1/4 finala vəsiqə əldə edəcək.