Afrika Millətlər Kuboku: "Zirə"nin futbolçusu oynadı, komandası qazandı

"Zirə"nin futbolçusu Rikardo Qomesin formasını geyindiyi Mozambik millisi Afrika Millətlər Kubokunun F qrupunun ikinci turunda meydana çıxıb.

Newsport.az xəbər verir ki, Mozambik Qabonla qarşılaşıb. Matç Mozambikin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Rikardo Martins start heyətində meydana çıxıb və sona qədər oynayıb. Mozambik növbəti oyununu dekabrın 31-də Kameruna qarşı keçirəcək.

"Zirə"nin yarımmüdafiəçisinin komandası hazırda qrupda 3 xalla üçüncü pillədədir.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right