İspaniya La Liqasında VII turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında Madrid derbisi baş tutub. Meydan sahibləri olan "Atletiko" gərgin keçən qarşılaşmada "Real"ı 5:2 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, "Real" 7 turdan sonra 18 xalla 1-ci, "Atletiko" isə 12 xalla 4-cü pillədə yer alıb.