Tarixində ilk dəfə dünya çemponatının final mərhələsinə (DÇ-2026) vəsiqə qazanan Özbəkistan millisinin futbolçuları ölkə prezidenti Şavkat Mirziyoyev tərəfindən mükafatlandırılıb.
Newsport.az xəbər verir ki, bu haqda Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2026-cı il dünya çempionatına vəsiqə qazanan Özbəkistan yığmasının üzvlərini təltif edib. Prezidentin sərəncamına əsasən, onlara dövlət mükafatları və prezident hədiyyəsi olan avtomobillər təqdim edilib" - deyə məlumatda belə bildirilib.
Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, futbolçulara hədiyyə olunan avtomobillərin markası BYD-dir.
Qeyd edək ki, dünən Özbəkistan prezidenti "Bunyedkor" stadionunda millinin DÇ-2026-dakı son seçmə matçını - Qətərlə görüşü canlı izləyib. Görüşü onunla birgə izləyənlər arasında Bolqarıstan Prezidenti Rumen Radev, Slovakiyanın Baş naziri Robert Fiso və Mərkəzi Asiya ölkələrinin hökumət başçıları da olub.
Oyun özbəklərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra stadionda təşkil edilən mərasimdə Özbəkistan Prezidenti milli komandanın futbolçularına təltif olunduqları dövlət mükafatını təqdim edib. Daha sonra arenada atəşfəşanlıq təşkil olunub.