Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Monteneqro ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 261 hesablı qələbəsi ilə başa çatıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finala yüksəlib. Millimizin həlledici matçdakı rəqibi Macarıstan - Serbiya cütünün qalibi olacaq.
Final oyunu 1 iyun tarixində keçiriləcək.
Dünya çempionatı, yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30