Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
Newsport.az xəbər verir ki, "Ayntraxt" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatdığı üçün "Tottenhem" yarımfinala yüksəlib. London klubu bu mərhələdə "Budo Qlimt"lə üz-üzə gələcək.