Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib. Newsport.az xəbər verir ki, “İnter Mayami” ABŞ-ın digər təmsilçisi “Los Anceles”i qəbul edib.
İlk görüşdə 0:1 hesabı ilə məğlub olan “İnter Mayami” cavab matçında rəqibini 3:1 hesabı ilə üstələyərək, yarımfinala yüksəlib.
Florida klubunun kapitanı Lionel Messi bu qarşılaşmada dubla imza atıb.