İngiltərə Premyer Liqasında 31-ci turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, günün son matçında "Aston Villa" öz meydanında "Nottingem Forest"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu matçdan sonra "Aston Villa" 51 xalla 6-cı, "Nottingem Forest" isə 57 xalla 3-cü pillədə qərarlaşıb.