Fransa 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, lider PSJ səfərdə "Sent-Etyen"lə qarşılaşıb. Paris klubu matçdan 6:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu matçdan sonra PSJ 71 xalla çempionluğa doğru gedir. Belə ki, hazırda davam edən "Monako" - "Nitsa" (0:1,ikinci hissə) matçı heç-heçə ilə bitərsə Paris klubu çempionatın bitməsinə 7 tur qalmış çempionluğunu qeyd edəcək.