Almaniya Bundesliqasında 21-ci tura start verilib.
Newsport.az xəbər verir ki, turun açılış matçında lider "Bavariya" doğma meydanda "Verder"i qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 54-ə yüksəldən "Bavariya" liderliyini davam etdirir. 30 xalı olan "Verder" isə 8-ci yerdədir.