Türkiyə Super Liqasında 18-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, lider "Qalatasaray" doğma meydanda "Göztəpə"ni qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 47-yə yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. 28 xalı olan "Göztəpə" isə 5-ci yerdədir.