Türkiyə Super Liqasında 16-cı turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün "Beşiktaş" səfərdə autsayder "Adana Demirspor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
25 xalı olan "Beşiktaş" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Adana Demirspor"un isə 2 xalı var və sonuncu yerdədir. FIFA-nın qərarı ilə "mavi şimşəklər"in 3 xalı silinib.