Millimizin üzvü oynadı, komandası qazandı

Türkiyədə birinci liqanın 11-ci turunun bir sıra oyunları baş tutub.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Adanaspor”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Hazırda "Bandırmaspor" 21 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right