Futbol üzrə Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, hesabat turu azərbaycanlı futbolçuların dueli ilə yadda qalıb.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" öz meydanında Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nü qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvləri də bu matçın iştirakçısı olub. Coşqun görüşə start heyətdə başlayıb. O, 83-cü dəqiqədə əvəzlənib. Oyuna ehtiyatda başlayan Renat Dadaşov isə 59-cu dəqiqədə meydana daxil olub.
Xallarını 11-ə yüksəldən "Bandırmaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 9 xalı olan "Ankaragücü" 14-cü yerdədir.