PSJ 1/4 finala vəsiqə qazandı

PSJ Fransa Kubokunda 1/8 final oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Paris klubu "Brest"ə 3:1 qalib gəlib.

Fransa nəhənginin qollarını Kilian Mbappe, Danilo Pereyra və Qonçalo Ramoş vurub. "Brest"in heyətində isə Stiv Munye fərqlənib.

Bu qələbə ilə PSJ 1/4 finala vəsiqə qazanıb.