Ərdoğan döyülən hakimə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ölkə başçısı referiyə dəstəyini bildirib:

"Halil bəy, həqiqətən çox təəssüflənirik. Allah şəfa versin. Belə hadisənin olması bizi ciddi mənada narahat etdi. Rizəli kimi mən çox üzüldüm. Çünki Rizə matçında belə bir şeyin olması bizi təəssüfləndirdi. Ədliyyə Naziri, Daxili İşlər Nazirinə və digər dostlarımıza dedim ki, nə lazımdırsa,etsinlər. Allah şəfa versin" - deyə Ərdoğan bildirib.

Ərdoğan H.U.Melerdən sağlıq durumu ilə bağlı məlumat da alıb.

Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right