Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular

Oktyabrın 16-da Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı start götürəcək.

Newsport.az xəbər verir ki, 12 gün davam edəcək mundiala Azərbaycan millisi 9 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.  

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.

Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right