MBA-nın ən qısaboy oyunçusu olan, 170 santimetr boyundakı Yuki Kavamura “Los-Anceles Klippers”dən xaric edilib.
25 yaşlı yaponiyalı basketbolçu son iki mövsümün böyük hissəsini “Memfis Qrizlis” və “Çikaqo Bulls”da ikitərəfli müqavilələrlə keçirib. O, liqada keçirdiyi 40 matçda orta hesabla 2,5 xal və 1,7 məhsuldar ötürmə ilə yadda qalıb. Kavamura “Klippers”in mövsümöncəsi hər iki oyununda iştirak edib və “Toronto”ya qarşı 14 dəqiqədə 10 xal, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Müqaviləsindəki xüsusi bəndə əsasən, o, G Liqasında ən azı 60 gün çıxış edərsə, 91 min dollar bonus qazana bilər.