Azərbaycan millisinin güləşçisi dünya çempionatında finala çıxdı

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürüb.

Newsport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 4 yunan-Roma təmsilçisi tatamiyə çıxıb.

Elmir Əliyev (60 kq) 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçaкa tam üstünlüklə (8:0), 1/4 finalda isə qırğızıstanlı Kubaniç Arinova 7:3 hesabıyla qalib gəlib. Yarımfinalda özbəkistanlı Mehroc Bəhramovla gərgin mübarizə şəraitində keçən görüşdə də sevinən tərəf (4:2) olan Elmir ardıcıl ikinci il U23 dünya çempionatının finalına yüksəlib. Əliyev sabah həlledici qarşılaşmada qazaxıstanlı Aybek Aytbekovla güləşəcək.

Məhəmməd Şükürzadə (67 kq) 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şükürzadə təsəlliverici görüşə çıxacaq. Təmsilçimizin rəqibi qazaxıstanlı Tolegen Amirxanov olacaq.

Fərid Xəlilov (72 kq) özbəkistanlı Şaxzod Kuçkorovu mübarizədən kənarlaşdırdıqdan (4:1) sonra 1/4 finalda qazaxıstanlı Yussuf Aşrapova uduzub – 1:7. Rəqib adını finala yazdırdığı üçün Fərid 2-ci yarış günündə təsəlliverici görüşə çıxacaq. Xəlilov Yriskeldi Xamzayev (Qırğızıstan) – Vasile Zabika (Moldova) qarşılaşmasının qalibiylə üz-üzə gələcək..

Elmin Əliyev (82 kq) belaruslu İlya Valevskiylə (9:4) macarıstanlı Sabolç İştvan Sinaya (5:2) gücünü göstərsə də, 1/4 finalda isveçli Aleksander Mikael Yohanssona minimal fərqlə (2:3) məğlub olub.

İsmayıl Rzayev (97 kq) isə zədələndiyi üçün yarışdan çəkilib.

Qeyd edək ki, ölkəmiz ölkəmiz okeanın o tayında ümumilikdə 23 güləşçi ilə təmsil olunacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaqlar.

Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi ilə qadınlardan Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) yarışacaq.

Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilərimizdən isə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) gücünü sınayacaq.

DÇ oktyabrın 18-də yekunlaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right