Azərbaycan yığması 6-cı medalını qazandı Avropa çempionatı

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.

Newsport.az xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib. Təmsilçimiz finalda Kristi Kaşuya (Rumıniya) uduzub. Bununla da yığmamızın medallarının sayı 6-ya çatıb.

Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar. Qeyd edək ki, bu gün daha 2 idmançımız final döyüşünə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right