Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib.
Newsport.az xəbər verir ki, günün yeganə oyununda “Sumqayıt” “Naxçıvan”ı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 87:76.
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun “Sabah” – “Gəncə” görüşü təxirə salınıb.