Zelim Kotsoyev dünya çempionatında mübarizəyə başlayır

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxacaq.

100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medaı uğrunda mübarizəyə qoşulacaq. Onun ilk rəqibi 1/32 funalda  Baymurad Bajanov (Türmənistan) olacaq.

Yarış 10:30-da start götürəcək.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında qazandığı rekord göstəricidir.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right