Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Newsport.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizəyə qoşulub.
Kişilərin yarışında 90 kq-da mübarizə aparan Murad Fətiyev 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Klen Kristoferi (Estoniya) məğlubiyyətə uğradıb. Cüdoçumuz 1/4 finalda Fransa təmsilçisi Aleksa Metroviça qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Yaponoya cüdoçusu, dördqat dünya çempionu Tadzima Qoki olub. Fətiyev ipponla uduzub. O, bürünc medal uğrunda yarışacaq. Çüdomumuzun rəqibi Nemanya Majdov olacaq.
Eyni çəki dərəcəsində yarışan Elcan Hacıyev 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcan bu mərhələdə Fransa cüdoçusu Nqayap Ambuya uduzaraq mübarizəni başa vurub.
90 kq-da mübarizə aparan daha bir cüdoçumuz – Süleyman Şükürov 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və uduzub.
Qadınların yarışında isə Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni erkən başa vurub.
Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.