“Doğma vətəndə uduzmaq ağırdır”.
Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan cüdoçusu Hidayət Heydərov şəxsi “instaqram” hesabında yazıb.
Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatında məğlub olması ilə bağlı fikirlərini bölüşüb:
“Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.
73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozitoya cərimə xalları hesabına uduzub.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.