Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Newsport.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi tatamiyə çıxacaq. Görüşlər saat 10:30-da başlayacaq.
Kişilər
90 kq
Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır.
1/32 final. Elcan Hacıyev – Aleksandr Knauf (ABŞ)
1/32 final. Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
Qadınlar
70 kq
1/32 final. Südabə Ağayeva – Ai Tsunoda-Rustand (İspaniya)
Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.