UFC prezidenti Deyna Uayt təşkilatın hazırkı dəyərinin təxminən 50 milyard dollar olduğunu bildirib. O, UFC-nin 2001-ci ildə cəmi 2 milyon dollara alındığını xatırladaraq, təşkilatın bu müddətdə böyük dəyər qazandığını vurğulayıb.
Uayt fikrini “Los-Anceles Leykers” baseketbol klubunun 12,5 milyard dollara satılması ilə müqayisə edərək, UFC-nin bundan daha yüksək qiymətləndirilə biləcəyini deyib.
Xatırladaq ki, Deyna Uayt 2001-ci ilin yanvarından UFC prezidenti vəzifəsini tutur və həmin vaxt “Zuffa” şirkəti təşkilatı “Semaphore Entertainment Group”dan satın alıb.