Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Newsport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq. Görüşlər saat 10:30-da başlayacaq.
73 kq
73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü bu gün keçirəcək. O, 1/32 finalda kosovolu Akil Qyakova ilə qarşılaşacaq.
Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.
57 kq
Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.
Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.