Abe bacı-qardaşları Bakıda eyni gündə dünya çempionu oldular

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Yaponiyanın ulduz cüdoçuları Uta Abe və Hifumi Abe qızıl medal qazanıblar.
 
Newsport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən Uta Abe finalda ispaniyalı Ariane Toro Soleri məğlub edərək 6-cı dəfə dünya çempionu olub.
 
Olimpiya çempionu olan Uta Abe bununla da dünya çempionatlarında məğlubiyyətsiz seriyasını davam etdirib.
66 kq çəki dərəcəsində mübarizə aparan Hifumi Abe isə finalda ispaniyalı David Qarsia Torneni ipponla məğlub edib. İkiqat Olimpiya çempionu bununla da karyerasında 5-ci dəfə dünya çempionu titulunu qazanıb.
 
Hifumi Abe yarışdan sonra Azərbaycandakı azarkeş dəstəyindən də danışıb:
“Azərbaycanda göstərilən bütün bu dəstək və azarkeşlərin sevgisi mənə böyük güc verir. Bu da ən yaxşı cüdomu göstərməyimə imkan yaradır”.
Beləliklə, Abe bacı-qardaşları Bakıda keçirilən dünya çempionatının eyni günündə qızıl medal qazanıblar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right