Bolqarıstan üzərində qələbə, Sloveniyaya məğlubiyyət

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.

Newsport.az xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət komanda isə Sloveniya seçməsinə uduzub – 0,5-3,5.

İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right