Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən "Aznur" komandası ilk matçını keçirib.
Newsport.az-ın məlumatına görə, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupunda Polşa təmsilçisi "Sokil"lə üz-üzə gəlib.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Aznur" qrupda Polşa təmsilçisi ilə yanaşı, "The Private Rooftop" (Macarıstan) və "Bukovina Badeuti" (İngiltərə) ilə mübarizə aparır.