“Sabah” basketbol blubu heyətini gücləndirib.
Newsport.az xəbər verir ki, klub amerikalı basketbolçu Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
28 yaşlı, 203 sm boya malik hücum oyunçusu 2025/2026 mövsümünü Fransanın “Burk” klubunda keçirib. Eydji ötən mövsüm sözügedən komandanın heyətində “Euro Cup” çempionluğunu qazanıb.
Eydji Avropa klub turnirlərində də təcrübəyə malikdir. O, 2021-ci ildə “Balkan”ın heyətində “FIBA Europe Cup”da orta hesabla 10,4 xal və 6,8 ribaundla yadda qalıb. 2024-cü ildə isə “Qravlin-Dyunkerk” ilə eyni turnirdə mübarizə aparıb. Həmçinin, 2021-ci ildə “Basketball Champions League”in təsnifat mərhələsində bir oyunda 19 xal və 7 ribaundla yadda qalıb.
Amerikalı basketbolçu 2025/2026 mövsümündə “Burk”un heyətində “Euro Cup”da 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaundla çıxış edib.