Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Newsport.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində “S5 Diuretiklər və ya Gizlədici Agentlər” sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb. Bununla da idmançının qadağan edilmiş maddə və ya üsuldan istifadə etdiyi müəyyən olunub.

Sanksiyanın qüvvədə olma müddəti 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right