Azərbaycan milli komandası Türkiyəyə qarşı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatında pley-off oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 1/8 finalda Türkiyə millisinin qonağı olacaq.

İstanbuldakı "Sinan Erdem" idman zalında baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, komandamız Bakıda reallaşan C qrupunun matçlarında 3-cü olaraq pley-offa yüksəlib, Türkiyə seçməsi isə A qrupunda ikinci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right