3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.
Newsport.az xəbər verir ki, Bakı klubu yarımfinalda Kanada millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 12:22 hesablı qələbəsi ilə başa çatıb.
Komanda daha əvvəl 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə üstələmişdi.