Beş cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Azərbaycanın beş cüdoçusu İsveçrənin Lozanna şəhərində bu gün start götürəcək “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.

Newsport.az xəbər verir ki, ilk yarış günündə Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” avqustun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right