Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Newsport.az xəbər verir ki, idmançı birdənqaldırma hərəkətində 123 kq çəkini ram edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

70 kq çəki dərəcəsində yarışan atlet təkanlaqaldırma hərəkətində göstərdiyi 145 kq nəticə ilə 7-ci olub. İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Kamran Xappayev 5-ci yerlə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right