Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu oldu

Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.

Newsport.az xəbər verir ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün birinci pilləsinə qalxıb.

70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.

Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.

O, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right