Əli Baxışov AÇ-nin yarımfinalında!

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Milli üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right