Ermənistan idmançıları Bakıya gələcək

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Ermənistan güləşçiləri də iştirak edəcək.

Newsport.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, komanda Bakıdakı yarışa ümumilikdə 16 idmançı ilə qatılacaq. Onlardan 6-sı sərbəst, 10-u isə yunan-Roma güləşi üzrə yarışacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışda 663 idmançı iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right