Azərbaycan üzgüçüləri beynəlxalq turniri 33 medalla başa vurub

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.

Bu barədə Newsport.az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right