Federasiya millimizi təhqir edən məşqçini şikayət etdi

Azərbaycan Basketbol Federasiyası İrlandiya millisinin baş məşqçisi Maykl Bridən Beynəlxalq Basketbol Federasiyasına (FIBA Europe) şikayət edib.

Newsport.az Prosport.az-a istinadən xəbər verir ki, şikayət fevralın 27-də Avropa çempionatının (EuroBasket-2029) ilkin seçmə mərhələsinin Dublində keçirilən İrlandiya – Azərbaycan oyununda meydan sahiblərinin baş məşqçisinin ölkəmiz əleyhinə səsləndirdiyi təhqiramiz fikirlərlə bağlıdır.

Belə ki, şikayət məktubunda 3-cü periodun bitməsinə 9 dəqiqə 16 saniyə qalmış götürülən taym-aut zamanı 45 yaşlı məşqçinin Azərbaycanı təhqir etməsi göstərilib.

Federasiya televiziya ilə açıq-aydın eşidilən bu fikirlərin yolverilməz olduğunu, feyr-pley qaydalarına və idman ruhuna uyğun gəlmədiyini bildirib, bu məsələnin araşdırılması və irlandiyalı məşqçi barəsində lazımi ntizam tədbirlərinin görülməsi xahiş edilib.

Qeyd edək ki, Maykl Bri ingilis dilində "This is just fu*king Azerbaijan, for fu*ks sake" sözünü işlədib. Millimiz həmin görüşdə 76:75 hesabı ilə qalib gələrək A qrupunun turnir cədvəlində 3-cü sıraya yüksəlib. Tərəflər iyulun 5-də Bakıda cavab oyununa çıxacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right