“Yuventus” polşalı qapıçı ilə maraqlanır

“Yuventus” “Volfsburq”un qapıçısı Kamil Qrabaraya maraq göstərir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu Turin klubunda ehtiyat qapıçı mövqeyi üçün əsas namizəddir. Daha əvvəl qapıçı Mattia Perinin “Yuventus”dan “Palermo”ya keçməyə yaxın olduğu bildirilib.

Qrabara 2024-cü ilin yayından “Volfsburq”da çıxış edir. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right