"Nant"ı pley-offa yüksəldən qələbə

Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın yer aldığı G qrupunda "Olimpiakos" doğma meydanda "Nant"ı qəbul edib. Matç Fransa klubunun 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 9-a yüksəldən "Nant" növbəti mərhələyə yüksəlib. 2 xal toplayan "Olimpiakos" isə mübarizəni dayandırıb.

"Olimpiakos" - "Nant" 0:2

Qollar: Mustafa Məhəmməd, 79, Lüdovik Blas, 90





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right