Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı

FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Newsport.az xəbər verir ki, azərbaycanlı hakim Avropa Liqası III təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Omoniya" (Kipr) matçını idarə edəcək.

Ağayevə yan xətlərdə Zeynal Zeynalovla Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR-da aavstriyalı Alan Kiyas, AVAR-da isə Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, "Linkoln" - "Omoniya" qarşılaşması avqustun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right