"Qarabağ"ın rəqibi bu gün 2-ci turun oyununa çıxacaq

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan ÇSKA bu gün Bolqarıstan çempionatında növbəti görüşünü keçirəcək.

Newsport.az xəbər verir ki, Sofiya təmsilçisi "Botev"lə üz-üzə gələcək.

Xristo Yanevin rəhbərlik etdiyi kollektivin "Botev"ə qarşı görüşünə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

ÇSKA bir turdan sonra aktivində 1 xalı var və 11-ci pillədədir.

Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right