Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Newsport.az xəbər verir ki, 9 görüş keçiriləcək.
"Qarabağ" ÇSKA ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri "Şerif" və "Makkabi" isə Moldovada üz-üzə gələcək.
"Beşiktaş" "Midtyulland"ı qəbul edəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Qarabağ" (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan)
21:00. "Dinamo" (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan)
21:00. "Hammarbü" (İsveç) – "Anderlext" (Belçika)
21:00. "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail)
21:00. "Tromse" (Norveç) – "Hradeç Kralove" (Çexiya)
22:00. "Beşiktaş" (Türkiyə) – "Midtyulland" (Danimarka)
22:00. "Sent Qallen" (İsveçrə) – "Benfika" (Portuqaliya)
22:00. "Tvente" (Niderland) – "Ferensvaroş" (Macarıstan)
23:00. "Hayduk" (Xorvatiya) – "Pafos" (Kipr)