Bu gün püşkatma olacaq: “Qarabağ” “Fənərbaxça”ya, “Neftçi” “Braqa”ya rəqib ola bilər

Bu gün Azərbaycan klublarının avrokubokların 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olacaq.

Newsport.az xəbər verir ki, əvvəlcə UEFA Çempionlar Liqasında bu mərhələnin püşkatma mərasimi keçiriləcək. Tədbir saat 14:00-da start götürəcək. “Sabah” püşkdə səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” 2-ci təsnifatda Finlandiyanın “KuPS” klubu ilə üz-üzə gələcək.

“Sabah”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:

“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“İberiya” (Gürcüstan) – “Slovan” (Slovakiya) cütünün qalibi

“Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi

“Eqnatiya” (Albaniya) – “Çelye” (Sloveniya)

“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan)

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk saat 15:00-da atılacaq. Ağdam klubu 2-ci təsnifatda Bolqarıstanın ÇSKA komandası ilə görüşəcək.

“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:

“Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi

“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu

“Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu

UEFA Konfrans Liqasında isə “Neftçi” və “Zirə” mümkün rəqiblərini tanıyacaqlar. Hər iki komanda səpələnməmişlər səbətində olacaq. “Ağ-qaralar” 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “qartallar” Estoniyanın “Payde” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

“Neftçi”nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:

“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi

“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi

“Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo) cütünün qalibi

AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail) cütünün qalibi

“Zirə”nin potensial rəqibləri:

“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi

“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi

“Rakuv” (Polşa) – “Valletta” (Malta) cütünün qalibi

“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

“Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək. UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right