Avropa gecəsi yenidən bizi gözləyir!

"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA Sofiya komandası ilə vacib qarşılaşmaya çıxacaq.
 
Bu yolda komandanın ən böyük gücü və motivasiyası hər zaman olduğu kimi tribunaları dolduran siz – azarkeşlər olacaqsınız. İndi söz sizdədir! Gəlin stadionda möhtəşəm atmosfer yaradaq, komandamızı ilk fitdən son fitədək birlikdə dəstəkləyək.
 
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.
 
"Qarabağ" – ÇSKA Sofiya oyunu iyulun 23-də, saat 20:00-da start götürəcək.
 
Tələsin, yerinizi indidən təmin edin və növbəti Avropa gecəsinin bir parçası olun!
 
Bir komanda. Bir ailə. Bir məqsəd – "Qarabağ"!

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right